RU

Bişkekdə tibb işçilərinə 30 xidməti avtomobil verilib

BAKI, 12 oktyabr. TELEQRAF

Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev Bişkekdə fəaliyyət göstərən Əliymə Taşiyeva adına Ana və Uşağın Müdafiəsi Mərkəzinin əməkdaşlarına 30 ədəd xidməti avtomobil hədiyyə edib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin xüsusi xidmət orqanı məlumat yayıb.

Tədbirdə Kamçıbek Taşiyev qeyd edib ki, avtomobillər sponsorların köməkliyi ilə alınıb.

Kamçıbek Taşiyev çıxışında qeyd edib ki, prezidentin tapşırığına uyğun olaraq tibb işçilərinin mənzillə təmin olunması məsələsi də dövlətin nəzarətindədir. O xatırladıb ki, həkimlərin Dövlət İpoteka Şirkəti vasitəsilə qanuni yolla mənzil almaq imkanı var.

Xatırladaq ki, bundan əvvəl, avqustun 31-də Kamçıbek Taşiyev mərkəzdə olmuş, tibb işçilərinə hərtərəfli dəstək vəd etmiş və xəstələrdən rüşvət almamaq barədə sərt xəbərdarlıq edib.

Избранный
13
2
teleqraf.com

3Источники