RU

Meksikada daşqınlar nəticəsində ölənlərin sayı artdı

Meksikanın mərkəzi və sahillərini vuran daşqınlar nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər yüzlərlə evin zədələndiyini, onlarla körpünün və yolun dağıldığını bildirib. 

Meksikanın hidrometeorologiya xidməti xəbərdarlıq edib ki, bir neçə bölgədə təkrar güclü yağışlar gözlənilir.

Bu da daha çox daşqın, torpaq sürüşməsi və dağıntılara səbəb ola bilər. Daha əvvəl leysan yağışlar nəticəsində azı 24 nəfərin öldüyü bildirilirdi.

Избранный
193
25
unikal.az

10Источники