RU

Meksikada daşqınlar: Ölənlərin sayı 37-yə çatdı

Ajans.az xəbər verir ki, ölkənin 32 ştatının 31-də güclü yağıntı qeydə alınıb. Daşqınlar yol və körpülərin dağılmasına, kəndlərin su altında qalmasına səbəb olub. Ən çox ziyan Hidalqo ştatına dəyib. Burada 16 nəfərin öldüyü bildirilir. 1000-dən çox evə zərər dəyib, bəzi yerlərdə xilasetmə əməliyyatları aparmaq qeyri-mümkün vəziyyətə gəlib. Təkcə Puebla ştatında 80 000-ə yaxın insan daşqınlardan ziyan görüb. Meksika ordusu zərərçəkmiş şəsxlərə humanitar yardımların paylanmasına cəlb edilib.

Xilasetmə əməliyyatları davam etdirilir.

Избранный
18
10
Ajans.az

10Источники