RU

“İşığa Doğru” Xocalı girovlarının acı taleyini əks etdirən film təqdim olundu

ain.az bildirir, Operativ MM portalına istinadən.

Xocalı faciəsinin qan yaddaşımıza həkk olunan izlərindən biri olan 9 yaşlı Nərgiz Mahmudovanın ailəsi ilə birlikdə erməni silahlı birləşmələri tərəfindən girov götürülməsi əsasında çəkilmiş “İşığa Doğru” sənədli filminin təqdimatı keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, film əsirlikdə olan qadınların və uşaqların üzləşdiyi vəhşilikləri, zorakılığı və insanlığa sığmayan rəftarı bütün çılpaqlığı ilə əks etdirir.

Sənədli film təkcə bir ailənin deyil, bütöv bir xalqın yaddaşında sağalmayan yaraları təzələyir.

Cəmi 17 dəqiqəlik ekran işi olmasına baxmayaraq, “İşığa Doğru” tamaşaçıları sarsıdıcı həqiqətlərlə üz-üzə qoyur, ruhun dərinliklərinə işləyən ağrını canlandırır və susan tarixə bir daha səs verir.

Layihənin rəhbəri “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədri Anar Yusifoğludur.

Təqdimat mərasimində millət vəkilləri Sevil Mikayılqızı, Azər Allahverənov, Hikmət Babaoğlu, tanınmış jurnalist Telli Pənahqızı, müxtəlif QHT nümayəndələri, sosial tədqiqat mərkəzlərinin rəhbərləri və media təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər filmi “tarixi bir sənəd”, “insan ruhuna təsir edən güclü mesaj” və “unudulmağa qoyulmamalı bir faciənin ekran ifadəsi” kimi qiymətləndiriblər.

Tədbirin sonunda Xocalı faciəsində itkin düşmüş, girov götürülmüş və şəhid olmuş şəxslərlə bağlı statistik hesabat da təqdim olunub. Bu məlumatlar bir daha göstərdi ki, “İşığa Doğru” təkcə film deyil – həm də yaddaşdır, çağırışdır və ədalət axtarışının səsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
1
operativmm.az

2Источники