RU

“Azərbaycanı udmasaq, bu qələbənin də dəyəri olmayacaq”

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsində İslandiya üzərində qazanılan səfər qələbəsini (5:3) dəyərləndirib.

Sportinfo.az bu barədə Ukrayna mediasına istinadən məlumat yayıb.

O bildirib: “Biz bilirdik ki, oyun çox çətin olacaq. Təəssüf ki, hesabda önə keçdiyimiz halda belə iki dəfə qol buraxdıq.

Amma uşaqlara minnətdaram. Burada (İslandiyada - red.) bütün komandalar üçün oynamaq çox ağırdır.

Bu meydanda 5 qol vurmaq həqiqətən çətindir. Bu gün qələbə birinci yerdə idi.

Biz buraxdığımız səhvləri təhlil edəcəyik və Azərbaycanla oyuna hazırlaşacağıq. Çünki əgər növbəti oyunda qalib gəlməsək, bu qələbənin də dəyəri olmayacaq”.

Baş məşqçi zədə səbəbindən birinci hissədə meydanı tərk edən Georgi Sudakovun durumuna da toxunub:

“Hazırda dəqiq bilmirəm. Gördüm ki, o, həqiqətən ağrı hiss edir.

O, yalnız oynaya bilməyəndə meydanı tərk edən futbolçudur. Buna görə də ümid edirik ki, o, bərpa olacaq. Sudakov bizə çox lazımdır”.

Ukrayna DÇ-2026-da növbəti oyununu oktyabrın 13-də Azərbaycan millisinə qarşı keçirəcək.

Избранный
1
sportinfo.az

1Источники