RU

Vuçiç Rusiyanın qərarından məyus olub

Ajans.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Qeyd edildiyi kimi, Vuçiç bu il Kreml rəhbəri Vladimir Putinlə iki görüşdən sonra “Qazprom”la üç illik müqavilə bağlamağa çalışıb. Lakin bir neçə aylıq danışıqlardan sonra o, yalnız Moskva ilə qısamüddətli razılaşma təklifi alıb. Vuçiç “İnformer”ə müsahibəsində bunun Rusiyanın “Qazprom Neft” şirkətinin nəzarətində olan “Naftna Industrija Srbije” (NIS) neft emalı şirkətinə qarşı ABŞ sanksiyaları ilə bağlı olduğunu ehtimal edib. Bu məhdudiyyətlər oktyabrın əvvəlində bir neçə müvəqqəti istisnaların müddəti bitdikdən sonra qüvvəyə minib. O əlavə edib ki, Serbiyanın növbəti üç ay üçün kifayət qədər qaz ehtiyatı var. O, həmçinin Belqradın sanksiyalardan yayınmaq üçün NIS-i milliləşdirə biləcəyi ilə bağlı təklifləri rədd edib. "Amerikalılar mənə dedilər: "Cənab prezident, imzala, heç bir sanksiya olmayacaq, sadəcə de ki, neft sənayenizi rasionallaşdırmaq üçün vaxt lazımdır", - Serbiya lideri bildirib. Cavabında o, Serbiyanın “başqalarının əmlakını ələ keçirməyi sevmədiyini” bildirərək bu şərtdən imtina edib. "Mən onlara cavab verdim: "Bu, mənim üçün qəbuledilməzdir. Ölkəmiz kommunist və ya faşist deyil və biz başqalarının kapitalını və başqalarının əmlakını ələ keçirməyi sevmirik", - Vuçiç izah edib.

"Ümid edirəm ki, ruslar amerikalılarla bu məsələni həll edəcəklər", - Serbiya prezidenti əlavə edib.

Избранный
0
1
Ajans.az

2Источники