Fransa “Monako”sunun yeni baş məşqçisi bəlli olub.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis Sebastyan Pokonolyi komandaya rəhbərlik edəcək.
Belçikalı mütəxəssis bu postda avstriyalı Adi Hyutteri əvəzləyib.
Hyutter komandanı oktyabrın 10-u tərk etmişdi. Futbolçu karyerasında Pokonolyi “Genk”, “AZ Alkmar”, “Standard”, “Hannover”, “Vest Bromviç”, “Brayton” və “Union” klublarında çıxış edib.
Təcrübəli mütəxəssis məşqçilik fəaliyyətinə 2021-ci ildə “Union”un gənclər komandasında başlayıb. Daha sonra o, “Genk”in gənclər komandaları və Belçika U18 millisinin baş məşqçisi olub. 2024-cü ilin yayından isə Pokonolyi “Union”un əsas komandasında baş məşqçi vəzifəsini icra edib.