Bakı. Trend:
Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfərxəsarət alıb.
Trend-in Qarabağbürosunun məlumatına görə, qəza Hindarx–Borsunlu avtomobil yolununQuzanlı qəsəbəsi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “VAZ-2106” və “Lada Xəzər” markalı avtomobillərdaşla dolu “KamAZ” yük maşınına çırpılıb.
Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb vəAğdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.