“Marsel”in mərkəz müdafiəçisi Benjamin Pavard Fransa millisinin heyətinə çağırılıb.
90deqiqe.Az "Le Parisien"ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu zədələnmiş “Liverpul” müdafiəçisi İbrahim Konatenin əvəzinə dəvət alıb.
Fransa millisi oktyabrın 13-də DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə qarşılaşacaq. Oyun Reykyavikdəki “Laugardalsvöllur” stadionunda keçiriləcək. Qələbə fransızlara dünya çempionatına vəsiqə qazanmaq imkanı verə bilər.
Pavar 2025-ci ilin sentyabrında “İnter”dən “Marsel”ə icarə əsasında keçib. Cari mövsümdə o, bütün turnirlərdə 6 oyuna çıxıb və 1 qol vurub. Fransa millisində isə 55 oyuna çıxan futbolçu 5 qol vurub.