RU

NYT: ABŞ hökumətinin ixtisarları Konqresdəki fikir ayrılıqlarını daha da gücləndirib

Hökumətin qismən bağlanması ilə əlaqədar ABŞ administrasiyasının təşəbbüsü ilə federal işçilərin kütləvi şəkildə ixtisar edilməsi problemin həllinə kömək etmir, Konqresdə Demokratlar və Respublikaçılar arasında fikir ayrılıqlarını daha da gücləndirib.

"Report" xəbər verir ki, bu barədə The New York Times (NYT) yazıb.

Nəşr qeyd edib ki, ABŞ prezidenti Donald Trampın planına görə, ixtisarlar və federal işçiləri maaşsız buraxmaqla hədələmələri Demokratlar Partiyasını mövqeyini yumşaltmağa və hökumətin maliyyələşməsini bərpa etmək üçün razılaşma əldə etməyə məcbur etməli idi.

Bununla belə, Ağ Evin indiyədək atdığı addımlar yalnız Demokratların Respublikaçılardan səhiyyə sahəsində güzəştlər istəmək və bu güzəştlər olmadan bağlanmanın aradan qaldırılması üçün təkliflərə razılıq verməkdən imtina etmək əzmini gücləndirdi.

Oktyabrın 10-da Ağ Evin İdarəetmə Ofisi və Büdcə Direktoru Rassel Vot Amerika hökumət aparatının həcminin azaldılmasına başlandığını təsdiqləyib. Cümə günü ABŞ-nin 4100-dən çox federal işçisi vəzifəsindən azad olduğuna dair bildiriş alıb. Mövcud qaydalara əsasən, təsirə məruz qalanlar 30-60 gün ərzində işlərini itirəcəklər.
Избранный
16
1
sherg.az

2Источники