Amerika Birləşmiş Ştatları Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper rəsmən bəyan edib ki, Qəzza zolağına Amerika qoşunlarını yerləşdirmək planları yoxdur.
Publika.az xəbər verir ki, bu barədə CENTCOM-un "X" hesabında onun sözlərinə istinadla paylaşım edilib.
Kuper bildirib ki, Mərkəzi Komandanlıq münaqişə bitdikdən sonra regionda sabitliyi dəstəkləmək üçün səyləri əlaqələndirəcək Mülki-Hərbi Əməkdaşlıq Mərkəzinin yaradılmasına diqqət yetirəcək.
"CENTCOM-un nəzdində Mülki-Hərbi Əməkdaşlıq Mərkəzinin yaradılması istiqamətində görülən işlər haqqında hesabat vermək üçün Qəzzadan indicə qayıtdım. Bu əlamətdar səy Qəzzada Amerika qoşunlarının iştirakı olmadan həyata keçiriləcək", - admiral bəyanatda vurğulanıb.