RU

Meksikada daşqınlar 31 nəfərin həyatına son qoyub

BAKI, 11 oktyabr. TELEQRAF

Meksikada daşqınlar nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Meksika mediası məlumat yayıb.

Ən çox ölənlərin sayı- 18 nəfər Hidalqo ştatında qeydə alınıb. Daha doqquz nəfər Pueblada, üç nəfər Verakruzda və bir nəfər Queretaroda ölüb.

Təbii fəlakət geniş dağıntılara və elektrik enerjisinin kəsilməsinə, o cümlədən Verakruz ştatının Poza-Rika şəhərində suyun səviyyəsinin üç metri keçməsi daşqınlara səbəb olub.

Səlahiyyətlilər yüzlərlə evin zədələndiyini, onlarla körpünün və yolun dağıldığını bildirib. Bir neçə kənd rabitəsiz və işıqsız qalıb.

Bundan əvvəl Meksika Prezidenti Klaudiya Şeynbaum sosial şəbəkədə məlumat vermişdi ki, Milli Müdafiə Nazirliyinin və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti zərər çəkmiş ərazilərə yardım göstərmək üçün səfərbər olunub.

Избранный
29
teleqraf.com

1Источники