RU

5 başlıqda gündəm xəbərləri

ain.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal bazarlarda ötən həftənin ən əhəmiyyətli başlığı qızıl qiymətlərində görülən rekord silsilələr olub.

Banco.az xəbər verir ki, qlobal bazarlar qızıl və gümüşün rekord qırdığı bir həftəni geridə qoyarkən, eyni zamanda geosiyasi hadisələrin də gündəmdə olduğu bir həftə yaşanıb.

1. Qızılda rekordQızılın unsiya qiyməti tarixdə ilk dəfə olaraq 4 min dollar səviyyəsini keçib. 

2. ABŞ-dan Çinə 100 faiz əlavə gömrük vergisiABŞ Prezidenti Tramp 1 noyabrdan etibarən ABŞ-ın hazırda Çinə tətbiq etdiyi tariflərə əlavə olaraq 100 faiz gömrük vergisi tətbiq ediləcəyini elan edib.

3. Tramp administrasiyası federal işçiləri işdən çıxarmağa başlayıbABŞ-da Ağ Evlə əlaqəli İdarəetmə və Büdcə Ofisinin (OMB) direktoru Rassell Vout büdcə razılaşmazlığı səbəbindən hökumətin bağlı qalmağa davam etdiyi bir vaxtda federal işçilərin işdən azad edilməsinə başlanıldığını bildirib.

4. Fransada istefa verən Lekornu yenidən baş nazir təyin edilibFransa Prezidenti Emmanuel Makron həftənin əvvəlində baş nazir vəzifəsindən istefa verən Sebastyan Lekornunu yenidən baş nazir vəzifəsinə təyin edib.

5. İsrail Trampın Qəzzadə atəşkəs razılaşmasını təsdiqləyibİsrail hökuməti ABŞ Prezidenti Donald Trampın planı çərçivəsində Qəzzadə atəşkəs razılaşmasını təsdiqləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
1
banco.az

2Источники