RU

Aerobika gimnastikası üzrə Avropa çempionatı Gəncədə keçiriləcək

Gəncə ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, 9-16 noyabr tarixlərində keçiriləcək yarışda 17 ölkədən ən güclü gimnastlar kubok uğrunda mübarizə aparacaqlar.

9-11 noyabrda yeniyetmələr və 15 yaşadək idmançılar, 14-16 noyabrda isə böyüklər arasında yarışlar olacaq.

Çempionat Gəncə İdman Sarayında keçiriləcək.

Избранный
12
4
nocomment.az

5Источники