RU

Ceyhun Bayramovun Pakistanın XİN rəhbəri ilə telefonla danışıb

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

11 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

Bizimyol.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, telefon danışığı zamanı iki ölkə arasında mövcud və gələcək strateji tərəfdaşlıq əlaqələri, regional təhlükəsizlik, xüsusilə də Yaxın Şərqdə vəziyyət və Qəzzada atəşkəs barədə razılaşmadan irəli gələn məsələlər müzakirə olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
35
bizimyol.info

1Источники