Gəncədə ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.

Offsideplus.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 17 ölkədən gimnastlar qalib adı uğrunda mübarizə aparacaqlar.

Noyabrın 9-dan 11-dək yeniyetmələr və 15 yaşadək idmançılar, 14-dən 16-dək isə böyüklər çıxış edəcək.

Qeyd edək ki, Avropa çempionatı Gəncə İdman Sarayında təşkil olunacaq.