DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində baş tutan Fransa - Azərbaycan matçından (3:0) sonra millimizin yarımmüdafiəçisi Emin Mahmudov jurnalistlərə açıqlama verib.
Fanat.Az-ın AFFA-nın dəstəyi ilə Parisə ezam olunmuş əməkdaşının məlumatına görə, "Neftçi"nin təcrübəli futbolçusu belə danışıb:
"Çox keyfiyyətli komandaya qarşı oynadıq. Bilirdik ki, bizə çox çətin olacaq, çünki rəqib topla çox möhtəşəm komandadır. Çalışdıq ki, müdafiədə sıx oynayaq, qoymayaq ki, onlar üçün rahat olsun. Bu, birinci hissədə yaxşı alınırdı. Amma yenə də keyfiyyət baxımından uduzurduq, Kilian Mbappe bizi çox rahat keçirdi. Çalışırdıq ki, rəqibi əks-hücumda yaxalaq, alınmırdı. Ən böyük problemimiz bu oldu ki, əks-hücuma çıxa bilmədik. Çünki onlar bizi tez qarşılayıb, topu ələ keçirirdilər. Yenə də, vuruşduq, çalışdıq. Bugünkü oyunda məncə, maksimum bu idi.
Özümüzü bərpa edib, oyuna hazırlaşarıq. Bilirik ki, Ukrayna da çox güclü rəqibdir. Çalışacağıq ki, bu oyuna yaxşı hazırlaşaq".