RU

Məşhur futbolçu həbs edildi

Finlandiya polisi V Liqada danışılmış oyunlarda adı hallanan futbolçunu matçdan dərhal sonra həbs edib.

"Report" "Globo"ya istinadən xəbər verir ki, adıçəkilən ölkənin "Finnkurd" klubunun braziliyalı futbolçusu Conatan Qerreyro "Espa/Renat" komandasına 8:1 hesabı ilə qalib gəldikləri görüşdə 7 qol vurub.

Polis qarşılaşmadan dərhal sonra meydana daxil olub və futbolçunun mobil telefonunda araşdırma aparıb. 34 yaşlı hücumçunun danışılmış oyunlarda birbaşa iştirak etdiyi təsdiqləndiyi üçün o saxlanılıb.

Qeyd edək ki, Conatan Qerreyro həmçinin bir müddət əvvəl "Finnkurd" klubunun baş məşqçisi təyin olunub.

"Cebheinfo.az" 

Избранный
30
cebheinfo.az

1Источники