RU

Nobel Sülh mükafatında sızma: Araşdırma başladılacaq

Ajans.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb. Bildirilib ki, belə bir vəziyyət məxfiliyi ilə bilinən Nobel Komitəsindən nadir bir "sızmanın" baş verə biləcəyinə dair şübhələri artırıb. Məsələ ilə bağlı açıqlama verən Nobel İnstitutunun prezidenti Kristian Berq Harpviken məlumatlarımız üzərindən qazanc əldə etmək istəyən cinayətkarlar tərəfindən hədəfə alınmış ola biləcəklərini bildirib. O daha sonra Norveçin “Aftenposten” qəzetinə sızma ilə bağlı qəti dəlil olmadığını, lakin rəsmi araşdırmanın başlayacağını vurğulayıb.

Qeyd edək ki, Venesuela siyasətçisi Mariya Korina Maçado Nobel Sülh mükafatına layiq görülüb.

Избранный
7
4
Ajans.az

2Источники