RU

Televizorda oyun oynaya biləcəksiniz - “Netflix”dən yenilik

“Netflix” yaxın vaxtlarda televizorlarda videooyunlara çıxış imkanı təqdim edəcək. Yeni funksiya sayəsində abunəçilər tək və ya dostları ilə birlikdə oyun oynaya biləcəklər.

News24.az xəbər verir ki, bunu şirkətin baş direktorlarından Qreq Piters deyib.

Onun sözlərinə görə, bu təşəbbüs “Netflix”in inkişaf strategiyasının əsas istiqamətlərindən biridir.

Yeni xüsusiyyətdən istifadə etmək üçün abunəçilərə “Smart TV” funksiyalı televizor və ya “Roku Inc” kimi uyğun striminq cihazları lazım olacaq. Oyunu idarə etmək üçün isə smartfonlar nəzarətçi kimi istifadə olunacaq. İstifadəçilər smartfonlarını nəzarətçiyə çevirmək üçün televizorda göstərilən QR kodu skan etməlidirlər.

Oyunlar həm fərdi, həm də dostlarla və ya qrup şəklində oynana biləcək. Layihənin ilk mərhələsində təqdim olunan bütün oyunlar “Netflix” abunəçiləri üçün tamamilə pulsuz olacaq.

Qeyd edək ki, “Bloomberg”in məlumatına görə, “Netflix”in təqdim etdiyi “Lego Party” oyunu bazarda adətən təxminən 40 dollara satılır.(Qafqazinfo)


Избранный
74
1
news24.az

2Источники