RU

Bakıda “Women in Cyber” Beynəlxalq Konfransı keçirilir

Bakı. Trend:

“Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025)beynəlxalq kiberfestivalı çərçivəsində Bakı şəhərində “Women inCyber – Qadınların səsi, kibertəhlükəsizlikdə dayanıqlığıngüclənməsi” adlı beynəlxalq konfrans keçirilir.

Trend xəbərverir ki, tədbir “Femmes Digitales – Supporting Women in Tech”İctimai Birliyi və Estoniyanın Elektron Hökumət Akademiyası(e-Governance Academy, eGA) tərəfindən təşkil olunub.

Konfransın əsas tərəfdaşları Azərbaycan Respublikasının XüsusiRabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) vəAzərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasıdır(AKTA).

Tədbirdə regionun müxtəlif ölkələrindən olan 300-dən çoxiştirakçı – kibertəhlükəsizlik mütəxəssisləri, dövlət rəsmiləri,akademiklər və gənc mütəxəssislər iştirak edirlər.

Müasir dövrdə qadınların kibertəhlükəsizlik və informasiyatexnologiyaları sahəsində artan rolu həm milli, həm də regionalinkişaf gündəliyində prioritet istiqamətlərdən biridir. “Women inCyber” konfransı bu istiqamətdə mühüm platforma rolunu oynayaraqqadınların bilik və bacarıqlarının artırılması, təcrübə və ideyamübadiləsinin təşviqi, eləcə də gənc mütəxəssislərin bu sahəyə cəlbolunması məqsədini daşıyır.

Избранный
97
az.trend.az

1Источники