RU

Yeni binada təhlükə: Mənzilin arakəsməsi aşmaq üzrədir

Yeni tikilən binada mənzilin arakəsməsi hər an aşa bilər.

Yenisabah.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bununla bağlı görüntülərin Sumqayıtda yeni tikilən binalardan birində qeydə alındığı iddia olunur. Mənzilin divarına toxunduqda, divar yırğalanır.

İnşaat eksperti Muxtar Ərturan deyib ki, görüntüdəki mənzilin arakəsməsinin qəzalı olmasına səbəb tikinti zamanı istifadə olunan materialın keyfiyyətsizliyidir: pizza

"Yeni tikilən binalarda tikintiyə ciddi nəzarət olsa da, mənzillərin təmiri prosesinə hansısa qurum tərəfindən nəzarət olunmur. Bəzi şirkətlər xərcləri azaltmaq üçün kustar üsulla hazırlanmış kərpiclərdən istifadə edir".

Ekspertin sözlərinə görə, hazırda əksər inkişaf etmiş ölkələrdə kərpic əvəzinə daha keyfiyyətli materialların istifadəsinə yer verilir.

 


Telegram kanalımız
Избранный
5
13
yenisabah.az

10Источники