ain.az, Oxu.az saytına istinadən bildirir.
Suriyanın sabiq lideri Bəşər Əsəd geymer olub.
Oxu.Az Almaniyanın "Die Zeit" qəzetinə istinadən xəbər verir ki, keçmiş B.Əsəd Moskva yaxınlığında Rusiya təhlükəsizlik qüvvələri tərəfindən qorunur.
Məlumata görə, Bəşər Əsəd mərmər vanna otağı olan dəbdəbəli villada sakitcə yaşayır. Onun çölə çıxmaqdan yayındığı və saatlarla onlayn oyunlarla vaxt keçirdiyi iddia olunur.
Xatırladaq ki, sabiq Suriya lideri indiki prezident Əhməd əş-Şaraanın başçılıq etdiyi qüvvələrin paytaxt Dəməşqə yaxınlaşdığı vaxt ölkədən qaçıb. Dəməşqdən havaya qalxdıqdan qısa müddət sonra Əsəd və ailəsini daşıyan təyyarə Homs üzərində radarlardan itib. Rusiyadan gələn xəbərlərlə sabiq Suriya liderinin taleyi ilə bağlı müəmmalara son qoyulub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.