Fransa Futbol Federasiyası Kilian Mbappenin zədəsi ilə bağlı açıqlama verib. Msport.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytında məlumat yerləşdirilib.
Azərbaycan millisi ilə oyunda zədələnən hücumçu oktyabrın 13-də Reykyavikdə İslandiya millisi ilə keçiriləcək oyuna yollanmayacaq. Ulduz futbolçu ayaq biləyindən zədə alıb.
Mbappe “Real”ın düşərgəsinə qayıdacaq. Onun əvəzinə milliyə yeni futbolçu dəvət olunmayacaq.