RU

Türkiyə Qəzzaya ordusunu göndərə bilər

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə xarici işlər naziri Hakan Fidan ölkəsinin Qəzza zolağında atəşkəs razılaşmasını izləyəcəyini və vasitəçilik səylərini davam etdirəcək işçi qrupuna qoşulacağını açıqlamışdı. Artıq işçi qrupunda Ankaranın hansı addımlar atacağı barədə təfərrüat bəlli olmağa başlayıb.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, atəşkəs prosesi üç mərhələdə aparılacaq: humanitar, siyasi və hərbi.

Türkiyənin işçi qrupunda rolu ilk növbədə humanitar koordinasiya, itkin düşmüş şəxslərin axtarışı və müəyyən edilməsi, eyni zamanda atəşkəs rejiminə nəzarətdir. Bu, ilk növbədə mülki xarakter daşıyacaq.

Atəşkəs prosesinin son mərhələsində hərbi birləşmələrin yer alacağı bildirilir. Hərbi təşəbbüs olacağı təqdirdə BMT və ya NATO səviyyəsində addımların atılması da planlaşdırılır. Türkiyənin bütün mərhələlərdə iştirak edəcəyi, xüsusilə mülki və hərbi təşəbbüslərdə aktiv olacağı ifadə edilir.

Qeyd edək ki, ötən gün İsrail ordusu HƏMAS-la atəşkəsin qüvvəyə mindiyini açıqlamışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
1
axar.az

2Источники