RU

Trampdan sürpriz qərar: Zirvə görüşünə Türkiyə və daha 9 ölkə dəvət olunacaq

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın növbəti həftə Misirə səfəri zamanı Qəzzə ilə bağlı Liderlər Zirvəsi keçirməyi planlaşdırdığı bildirilir. Ölkə.az xəbər verir ki,  HƏMAS və İsrail Misirdə danışıqlar zamanı Qəzza zolağında daimi atəşkəs sazişi imzalayıb.Sazişin imzalanması ilə bağlı mövqeyini açıqlayan ABŞ prezidenti Donald Tramp  bildirib ki, İsrailə və Misirə gedəcəyəm. “Yaxın Şərqə səfərim zamanı orada çoxlu liderlər olacaq", - Tramp qeyd edib.

Trampın təşkil etməyi planlaşdırdığı Qəzza üzrə Liderlər Zirvəsinə Türkiyə, Almaniya, Fransa, İngiltərə, İtaliya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İordaniya, Səudiyyə Ərəbistanı və Pakistanın dəvət ediləcəyi gözlənilir. ABŞ mətbuatında yer alan xəbərlərə görə, Misir prezidenti Sisi artıq Türkiyə də daxil olmaqla ölkələrə dəvət göndərib.

Xarici medianıən yazdığına görə, bazar ertəsi və ya çərşənbə axşamı Misirin Şarm əl-Şeyx şəhərində  keçirilməsi gözlənilən sammitdə İsrailin baş naziri Benyamin Netanyahunun iştirakı və ya dəvət olunacağı gözlənilmir.Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
3
olke.az

4Источники