Bakı. Trend:
11 oktyabr 2025-ci il tarixində saat 08:27-də Bakı şəhəri,Qaradağ rayonu, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşənpalçıq vulkanında püskürmə hadisəsi qeydə alınıb.
Trendxəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyininmətbuat katibi İradə İbrahimova məlumat verib.
O bildirib ki, hazırda nazirliyin mütəxəssisləri tərəfindənpüskürmə və onun nəticələri öyrənilir, ərazidə müvafiq müşahidələraparılır.