Məşhur türkiyəli sənətçi Cihan Ünalın 48 yaşlı qızı, aktrisa Irmak Ünal 10 aydır döş xərçəngi ilə mübarizə aparır.
Bizim.Media xəbər verir ki, bu barədə Irmak Ünal öz "İnstagram" hesabında paylaşım edib.
"Döş xərçəngi diaqnozunu eşidəndə yeni ilin ilk günü idi... Necə gözlənilməz oldu! Bu məni həm tamamilə məhv edib, həm də həyatımı yenidən qurmalı olacağıma səbəb olub.
Həm çox çətin, həm də real olan bu yol insanı sözlərlə izahı mümkün olmayan dərəcədə dəyişdirir", - deyə aktrisa bildirib.
Qeyd edək ki, İrmak Ünalın anası Sabiş Kuzuoğlu (əsl adı Sabiha) 1970-ci illərin Türkiyənin ən görkəmli modellərindən biri idi. O, Cihan Ünalla qısa müddətə evli olub.
Cihan Ünal ikinci dəfə Türkan Şorayla ailə qurub. Bu evlilikdən Yağmur Ünal dünyaya gəlib.
Şəfiqə Şəfa, Bizim.Media