RU

Bakıda metroda ölüm hadisəsi baş verib

Bakıda metroda ölüm hadisəsi baş verib.

Olaylar.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında metronun "28 May" stansiyasında qeydə alınıb.

"Bakı Metropoliteni" QSC-dən daxil olan məlumatda isə bildirilib ki, qatarda halı pisləşmiş sərnişin "28 May" stansiyasında düşürüldükdən qısa müddət sonra vəfat edib:

"Məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb və qatardan düşürülən kimi sərnişinə ilkin yardım göstərilib. 70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
13
37
olaylar.az

10Источники