RU

Trampın zarafatı: Mən Maçedodan Nobel mükafatını istəmədim, amma verə bilərdi...

ABŞ prezidenti bildirib ki, Venesuela müxalifət lideri Mariya Korina Maçedo ona zəng edərək Nobel Sülh Mükafatını “onun şərəfinə” qəbul etdiyini deyib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri Mariya Korina Maçedonun ona zəng etdiyini və Nobel Sülh Mükafatı aldıqdan sonra bu uğuru onun adından qəbul etdiyini söylədiyini bildirib. Prezidentin sözlərinə görə, Maçedo onun sülh uğrunda səylərini yüksək qiymətləndirib və “mükafatı həqiqətən layiq olan şəxsə – Trampa ithaf etdiyini” qeyd edib.

Donald Tramp jurnalistlərlə söhbətində hadisəni yumorla şərh edib:

“ Mən ondan mükafatı mənə verməsini istəmədim, amma düşünürəm, o bunu edə bilərdi”, deyə prezident zarafatla bildirib.

Xatırladaq ki, Tramp bu il Nobel Sülh Mükafatına namizədlər arasında idi. Bununla belə, ABŞ lideri daha əvvəl dəfələrlə bildirmişdi ki, bu mükafatı qazanacağına inanmır, çünki “Nobel komitəsi onu yalnız liberallara verir”. Fevral ayında o, mükafatı tamamilə haqq etdiyini bəyan etmiş, Maçedonun qalib elan edilməsindən sonra isə Ağ Ev Nobel Komitəsini “siyasi motivli qərar verməkdə” ittiham etmişdi.

Trampın zarafat dolu açıqlaması ABŞ mediasında geniş rezonans doğurub. Siyasi şərhçilər hesab edirlər ki, prezident həm şəxsi nüfuzunu qorumağa, həm də Venesuela müxalifətinə dəstəyini göstərməyə çalışır.

Polion.info

Избранный
25
34
poliqon.info

10Источники