RU

Yuxusuzluğa qarşı gündəlik yeyə biləcəyiniz 5 məhsul

Müasir həyat tərzi, stress və qeyri-normal gündəlik rejim bir çox insanın yuxu problemləri ilə üzləşməsinə səbəb olur. Uzunmüddətli yuxusuzluq isə həm psixoloji, həm də fiziki sağlamlığa mənfi təsir göstərir.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bəzi təbii qidalar orqanizmin rahatlamasına və keyfiyyətli yuxunun təmin olunmasına kömək edə bilər. Aşağıda yuxusuzluqla mübarizədə faydalı ola biləcək 5 əsas qidanı təqdim edirik:

1. Banan

B6 vitamini və maqneziumla zəngin olan banan əzələlərin boşalmasına və sinir sisteminin sakitləşməsinə kömək edir. Bu meyvə melatonin və serotonin ifrazını da stimullaşdırır, bu da yuxu ritmini tənzimləyir.

2. Süd

İsti süd tərkibindəki triptofan və kalsium sayəsində orqanizmi sakitləşdirərək daha tez yuxuya getməyə kömək edir. Xüsusilə yatmazdan əvvəl bir stəkan isti süd tövsiyə olunur.

3. Yulaf ezmesi (yulaf sıyığı)

Yulaf tərkibindəki melatonin və kompleks karbohidratlar sayəsində beyində serotonin səviyyəsini artırır. Bu da dincəlməni asanlaşdıraraq yuxunu keyfiyyətli edir.

4. Qoz

Qoz melatoninlə zəngin olduğundan orqanizmin bioloji saatını tənzimləyir və yuxunun başlanmasını asanlaşdırır. Axşam saatlarında az miqdarda qoz yemək tövsiyə olunur.

5. Çobanyastığı çayı

Qeyd edək ki, təbii sakitləşdirici təsiri olan bu bitki çayı əsəbləri sakitləşdirir, bədənin rahatlamasına səbəb olur və yuxuya getməyi asanlaşdırır. Yatmazdan təxminən 30 dəqiqə əvvəl içilməsi tövsiyə olunur.

Bu qidalar yuxusuzluğun səbəbi stress, qidalanma və rejimlə bağlı olduqda təsirli ola bilər. Əgər yuxusuzluq uzunmüddətlidirsə və ciddi narahatlıq yaradırsa, həkimə müraciət etmək vacibdir.

Избранный
6
2
konkret.az

10Источники