RU

Avtobuslarda qiymət artıb, bəs keyfiyyət? - Nə oturmağa, nə də dayanmağa yer var

Bakıda 119 nömrəli marşrut avtobusundan istifadə edən sərnişinlər hər gün eyni saatlarda yaranan sıxlıqdan şikayətçidirlər. Vəziyyət o yerə çatıb ki, avtobusda nə oturmağa, nə də dayanmağa yer qalmır.
 
Sərnişinlərin sözlərinə görə, bu cür mənzərə hər gün təkrarlanır. Avtobusda yer olmamasına baxmayaraq, sürücü dayanacaqlarda yenə də sərnişinlərə qapını açır.
 
Yekunda bu, təhlükəsizlik qaydalarının pozulmasına və sərnişinlərin haqlı narazılığına səbəb olur. Hər gün işə və ya dərsə yollanan sərnişinlər bu sıxlıq içində hərəkət etməyə məcbur olurlar. Narazı sakinlərdən biri vəziyyətdən çıxış yolunu belə izah edib: "Canımızın dərdindən "manatlıq" maşınlarla getmək məcburiyyətində qalırıq".
 
Qeyd edək ki, sentyabrın 29-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib. Qərara əsasən, müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) də 60 qəpik olaraq müəyyən edilib. Qərar oktyabrın 1-dən qüvvəyə minib.
 
Daha ətraflı Baku TV-nin videomaterialında:
Избранный
9
5
moderator.az

6Источники