RU

Çilidə güclü zəlzələdən sonra sunami xəbərdarlığı edilib

Çilinin Təbii Fəlakətlə Mübarizə Milli Xidməti Dreyk boğazında baş verən zəlzələdən sonra ölkənin cənubunda sunami təhlükəsi barədə xəbərdarlıq edib.

"Report"un xəbərinə görə, bu barədə Xidmətin saytında məlumat verilib.

"Xidmət Maqallanes bölgəsindəki Kabo-de-Oornos kommunasında qırmızı sunami xəbərdarlığı edib. Xəbərdarlıq bu gündən qüvvədədir və şərait tələb edənə qədər qüvvədə qalacaq", - məlumatda deyilir.

Çilinin Hərbi Dəniz Qüvvələrinin Hidroqrafik və Okeanoqrafiya Xidməti də ölkənin Antarktika bazaları üçün xəbərdarlıq edib. Orada yerləşən şəxsi heyətə sahildən uzaq durmaq tövsiyə olunub.
Избранный
32
3
sherg.az

10Источники