İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı qolunu açıqlanıb.
Publika.az xəbər verir ki, mükafata “Arsenal”ın yarımmüdafiəçisi Martin Subimendi layiq görülüb. O, 4-cü tur çərçivəsində “Nottingham Forest”alə görüşdə baxımlı qola imza atıb.
Həmin oyunun 79-cu dəqiqəsində ispan oyunçu cərimə meydançasının kənarından topu dəqiq zərbə ilə “meşəbəyilər”in qapısının “doqquzluğuna” göndərərək görüşün yekun hesabını müəyyən edib – 3:0.