RU

Dünyanın ən gözəl şəhəri müəyyənləşdi: Nə London, nə Paris, nə də Vyana

Aparılan beynəlxalq araşdırmanın nəticəsinə əsasən, İngiltərənin şimal-qərbində yerləşən Çester şəhəri dünyanın ən gözəl şəhəri seçilib. Araşdırma memarlıq nisbəti, simmetriya və tikililərin bir-biri ilə uyğunluğu kimi meyarlar əsasında aparılıb.

News24.az xəbər verir ki, Çester bu göstəricilərə görə, Venesiya, London və Paris kimi məşhur şəhərləri geridə qoyaraq ilk pilləyə yüksəlib. Şəhərin əsas üstünlüyü ondan ibarətdir ki, burada tarixi irs və müasir memarlıq bir-birini tamamlayır.

Şəhərdə İngiltərənin ən böyük Roma amfiteatrı, qədim və möhtəşəm Çester kilsəsi və ölkənin ən qədim at yarışı meydanı yerləşir. Kilsə həm daxili bəzəkləri, həm də şəhərə panoramik baxış təqdim edən qülləsi ilə seçilir.

Çesterin ən məşhur simvollarından biri də 13-cü əsrdən qalan iki mərtəbəli taxta evlərdir. Bu binalar bu gün kafe, kiçik mağaza və sənət qalereyası kimi fəaliyyət göstərir.

Şəhərdə yerləşən heyvanat parkı isə 500-dən çox növü əhatə edən 21 min heyvana ev sahibliyi edir və ölkənin ən böyük təbiət mərkəzlərindən biri hesab olunur.

Mütəxəssislər bildirir ki, Çesteri ziyarət üçün ən əlverişli vaxt aprel-avqust aylarıdır. Bu dövrlərdə hava mülayim olur və açıq havada gəzmək üçün əlverişli şərait yaranır.

Çester payızda daha sakit, qışda isə Milad bazarları ilə xüsusi ab-hava yaradan bir şəhərə çevrilir. Bu şəhər gözəlliyi, tarixi və təbiəti ilə seçilərək dünyanın diqqətini cəlb edib.

Xeyrənsə Piriyeva

Избранный
111
1
news24.az

2Источники