RU

Azərbaycan millisi səfərdə Fransaya məğlub olub

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Fransa ilə qarşılaşıb.

Xezerxeber.az-ın məlumatına görə, Parisdəki "Park de Prens" stadionunda baş tutan matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.

Fransızların heyətində Kilian Mbappe (45+1), Adrien Rabyo (69) və Floryen Toven (84) fərqləniblər.

Qeyd edək ki, Fransa millisi 9 xalla D qrupunun lideridir. Ukrayna 4 xalla ikinci pillədə qərarlaşıb. 3 xalı olan İslandiya üçüncü, 1 xala malik Azərbaycan sonuncudur.

Oyundan sonra təşkil plunan mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov qarşılaşmanı şərh edib:

"Oyunun çətin keçəcəyini bilirdik. Fransa yığmasının necə ciddi hazırlaşdığını da görürdük. Üstəlik, azarkeş dəstəyi də var idi. Rəqibin ilk dəqiqələrdəki pressinqinə hazır idik. Birinci hissənin son dəqiqələrində qol buraxmasaydıq, ikinci hissədə bəlkə daha yaxşı olardı. İstənilən halda, bugünkü oyunda göstərdikləri əzmkarlığa görə futbolçularımıza təşəkkür edirəm. Bu, mənim üçün çox vacib idi. Belədə getdikcə rahat olacaq. Bizi üç gündən sonra daha ağır matç gözləyir. Artıq Ukrayna ilə qarşılaşmaya hazırlaşacağıq. Təbii ki, vaxt az olduğu üçün çətinlik olacaq. Amma heyətimiz genişdir, digər oyunçularımız da hazırdırlar. Ukrayna millisi də ağır İslandiya səfərindən sonra bizimlə oyuna çıxacaq".

Fransa millisinin baş məşqçisi Didye Deşam isə DÇ-2026-nın seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri qalib gəldikləri qarşılaşmanı belə şərh edib:

"Xalımızı 9-a çatdırmaq bizim üçün vacib idi. Futbolçularımızdan hər oyunda qələbə gözləyirik. Belə matçlar hər zaman mürəkkəb olur. Rəqib hücumlarımızın qarşısını bloklaya bilirdi. Azərbaycan millisini sürətimiz hesabına çətin vəziyyətə saldıq. Qarşılaşmanın ilk hissəsində bir qədər ləng görünürdük. Daha böyük hesabla qalib gələ bilərdik. Sevincdən atılıb-düşmək fikrim yoxdur". (report)

Избранный
17
50
xezerxeber.az

10Источники