RU

ABŞ 1 noyabrdan Çin mallarına 100 faizlik rüsum tətbiq edəcək

BAKI, 11 oktyabr. TELEQRAF

Vaşinqton 1 noyabr tarixindən etibarən Çin Xalq Respublikasından idxal olunan bütün mallara 100 faizlik gömrük rüsumu tətbiq edəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezident Donald Tramp "Truth Social" platformasında paylaşım edib.

Trampın sözlərinə görə, Pekin 1 noyabrdan bütün istehsal məhsullarına ixrac nəzarəti tədbirləri tətbiq edəcəyini açıqlayıb və bu, illər əvvəl hazırlanmış planın bir hissəsidir.

ABŞ lideri bildirib ki, Çinin bu addımına cavab olaraq ABŞ Çindən idxal olunan bütün məhsullara rüsumu ikiqat artıracaq və bütün kritik proqram təminatına ixrac nəzarəti tədbirləri tətbiq edəcək.

Избранный
15
21
teleqraf.com

10Источники