RU

DÇ-2026: Almaniyadan darmadağın, Belçika heç-heçə etdi

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində daha 8 oyun baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, A qrupunda Almaniya doğma meydanda Lüksemburqu qəbul edib və rəqibinə darmadağınla qalib gəlib. Qrupun digər matçında Slovakiya səfərdə Şimali İrlandiyaya gözlənilməz məğlub olub.

B qrupunda İsveç doğma meydanda İsveçrəni sınağa çəkib və məğlubiyyətə üzülüb. Qrupun digər matçı Kosovo - Sloveniya görüşündə isə qapılara ümumiyyətlə qol vurulmayıb.

 D qrupunda Azərbaycan millisi səfərdə Fransanın qonağı olub və bu görüşdə meydan sahibləri qələbəyə sevinən tərəf olub. Qrupun digər matçında İslandiya doğma meydanda Ukrayna ilə üz-üzə gəlib və bu görüşdə qonaqlar əzmkar qələbə qazanıb.

DÇ-2026

Seçmə mərhələ

10 oktyabr

A qrupu

22:45. Almaniya - Lüksemburq - 4:0

Qollar: D.Raum, 12, C.Kimmiç, 21 (pen), 51, S.Qnabri, 48

22:45. Şimali İrlandiya - Slovakiya - 2:0

Qollar: D.Strelec, 18, T.Hume, 81

Xal durumu: Almaniya - 6, Şimali İrlandiya - 6, Slovakiya - 6, Lüksemburq - 0.

B qrupu

22:45. İsveç - İsveçrə - 0:2

Qollar: Q.Xaka, 65, (pen), J.Manzambi, 90+4

22:45. Kosovo - Sloveniya - 0:0

Xal durumu: İsveçrə - 9, Kosovo -4, Sloveniya - 2, İsveç - 1.

D qrupu

22:45. Fransa - Azərbaycan - 3:0

Qollar: K.Mbappe, 45+2, A.Rabyo, 62, F.Thauvin, 84

22:45. İslandiya - Ukrayna - 3:5

Qollar: R.Malinovski, 14, 45+5, M. Ellertsson, 35,O. Qutsuliak, 45, A. Gudmundsson, 59, 75, I. Kalyuzni, 85, O. Oçeretko, 88

Xal durumu: Fransa - 9, Ukrayna -4, İslandiya - 3,  Azərbaycan - 1.

J qrupu

18:00. Qazaxıstan - Lixtenşteyn - 4:0

Qollar: Q. Kenzebek, 26, 59, B.Zaynutdinov, 28, A. Kasym, 81

22:45. Belçika - Şimali Makedoniya - 0:0

Xal durumu: Şimali Makedoniya - 12, Belçika - 11, Uels - 10, Qazaxıstan - 6, Lixtenşteyn - 0.

Ötən gün baş tutan oyunlar

DÇ-2026

Seçmə mərhələ

9 oktyabr

C qrupu

Belarus – Danimarka - 0:6

Şotlandiya – Yunanıstan - 3:1

Xal durumu: Danimarka - 7 (3 oyun), Şotlandiya - 7 3 (oyun), Yunanıstan - 3 (3 oyun), Belarus - 0 (3 oyun).

G qrupu

Finlandiya ¬ Litva - 2:1

Malta – Niderland - 0:4

Xal durumu: Niderland - 13 (5 oyun), Polşa - 10 (5 oyun), Finlandiya - 10 (6 oyun), Litva - 3 (6 oyun), Malta - 2 (6 oyun).

H qrupu

Kipr – Bosniya və Herseqovina - 2:2

Avstriya – San Marino - 10:0

Xal durumu: Avstriya - 15 (5 oyun), Bosniya və Herseqovina - 13 (6 oyun), Rumıniya - 7 (5 oyun), Kipr - 5 (6 oyun), San Marino - 0 (6 oyun)

L qrupu

Çexiya – Xorvatiya - 0:0

Farer adaları – Monteneqro - 5:1

Xal durumu: Xorvatiya - 13 (5 oyun), Çexiya - 13 (6 oyun), Farer adaları - 9 (6 oyun), Monteneqro - 6 (6 oyun), Cəbəllütariq - 0 (5 oyun).

Избранный
30
3
90deqiqe.az

10Источники