RU

Makron hökuməti formalaşdırmağı yenidən Lekornyuya tapşırıb

ain.az, Apa.az saytına istinadən bildirir.

Fransa prezidenti Emmanuel Makron yenidən Sebastien Lekornyunu baş nazir postuna təyin edib.

APA xəbər verir ki, Lekornyu bu barədə cümə günü axşam “X” hesabında açıqlama verib.

“Prezidentin mənə həvalə etdiyi missiyanı – vəzifə borcu olaraq – qəbul edirəm. Bu missiya ondan ibarətdir ki, ilin sonuna qədər Fransaya büdcə təqdim etmək və vətəndaşlarımızın gündəlik həyat problemlərinə cavab vermək üçün bütün səyləri göstərim. Fransızları qəzəbləndirən bu siyasi böhranı, ölkəmizin imici və maraqları üçün zərərli olan bu qeyri-sabitliyi aradan qaldırmaq lazımdır”, Lekornyu yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
apa.az

2Источники