RU

ABŞ də partlayışda ölənlərin sayı açıqlandı YENİLƏNİB (FOTO)

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

ABŞ-ın Tennessi ştatında partlayıcı qurğuların saxlandığı binada partlayış nəticəsində 19 nəfər həyatını itirib və ya itkin düşüb.

"Unikal"ın məlumatına görə, hadisə yerli vaxtla səhər saatlarında “Accurate Energetic Systems” şirkətində baş verib.

Hamfri vilayətinin şerifi Kris Deyvis partlayış nəticəsində ölənlərin dəqiq sayını açıqlamasa da, itkin düşənlərlə birgə bu rəqəmin 19 olduğunu deyib. O, daha 3 nəfərin yüngül xəsarət aldığını qeyd edib. Onun sözlərinə görə, partlayış yaxınlıqdakı evlərə zərər yetirib və silsilə partlamalara səbəb olub.

*** 22:55

ABŞ-də partlayıcı istehsal edən hərbi zavodda partlayış baş verib.

"Unikal" xəbər verir ki, zavod tamamilə yox olub. 

Partlayış Tennessi ştatının Bucksnort yaxınlığındakı "Accurate Energetic Systems" obyektində baş verib. Zavodun məhsullarının Ukrayna Silahlı Qüvvələrinə tədarük edildiyi bildirilir. 

Ölənlər və itkin düşənlər var.

Hazırda partlayışlar davam etdiyi üçün xilasedicilər işə başlaya bilmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
3
unikal.az

4Источники