RU

HAMAS Qəzzada atəşkəs rejiminin pozulması faktını qeydə almayıb

HAMAS hərəkatı Qəzza zolağında cümə günü elan edilən atəşkəs rejiminin pozulması ilə bağlı hər hansı bir hadisə qeydə almayıb.

APA xəbər verir ki, bu barədə hərəkatın siyasi bürosunun üzvü Musa Əbu Mərzuq məlumat verib.

“Hələlik biz düşmən tərəfindən atəşkəs rejiminin pozulması faktını qeydə almamışıq”.

Əbu Mərzuq əlavə edib ki, onun məlumatına görə, İsrail qoşunları hazırda razılaşdırılmış mövqelərinə geri çəkilib. Lakin hələ də Qəzzanın 53%-nə nəzarət edir.

O həmçinin bildirib ki, hərəkat İsrailin bu ərazilərdə qalmasına imkan verməyəcək.

Избранный
28
3
apa.az

4Источники