RU

ABŞ-da silah zavodunda partlayış nəticəsində bir neçə nəfər ölüb, xeyli insan itkin düşüb

Cümə günü səhər saatlarında ABŞ-ın Tennessi ştatında hərbi partlayıcı maddələr istehsal edən zavodda baş vermiş partlayış nəticəsində bir neçə nəfərin öldüyü, bəzilərinin isə itkin düşdüyü bildirilib.

Aznews.az xəbər verir ki, bu barədə “Reuters“ hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb

“Paytaxt Neşvilldən təxminən 80 km qərbdə yerləşən “Accurate Energetic Systems” şirkətində partlayış yerli vaxtla saat 07:45-də baş verib. Həlak olanlar var və həmçinin hazırda bir neçə nəfərin taleyi naməlumdur”, – məlumatda deyilir.

Избранный
17
4
aznews.az

5Источники