RU

Rəşad Nəbiyev Avrokomissarı ilə Zəngəzur dəhlizinin gələcək perspektivlərini müzakirə edib

BAKI, TurkicWorld

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsseldə Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, bu barədə nazir "X" sosial şəbəkəsində yazıb.

O bildirib ki, görüşdə Zəngəzur dəhlizinin gələcək perspektivləri, eləcə də Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafı sahəsində Aİ-nin mümkün dəstəyi barədə müzakirələr aparılıb.

"Azərbaycan tərəfindən bu istiqamətdə icra olunan strateji əhəmiyyətli layihələr barədə ətraflı məlumat verdik. Eyni zamanda həmin layihələrdə Aİ-nin potensial iştirak imkanları barədə fikir mübadiləsi apardıq. Görüşdə, həmçinin nəqliyyat, rəqəmsallaşma, innovasiyalar və İKT sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində oldu", - deyə R.Nəbiyev qeyd edib.

Избранный
8
3
turkic.world

10Источники