RU

"Araz-Naxçıvan" kimi keyfiyyətli komandaya qarşı oynamaq əlavə motivasiyadır" - Elgiz Kərəmli

Bu gün Bakı Olimpiya Stadionunda Premyer Liqa təmsilçisi "Araz-Naxçıvan"la yoxlama oyununa çıxan 1-ci Liqanın lideri "Şəfa" 1:1 hesablı heç-heçə ilə yadda qalıb. 

Oyunun ardından Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli fikirlərini Fanat.Az-a bölüşüb:

"Araz-Naxçıvan" kimi keyfiyyətli komandaya qarşı oynamaq əlavə motivasiyadır. Bizim üçün çox səmərəli oyun oldu. Futbolçulara göstərdikləri əzmkarlığa gorə təşəkkür edirəm. Layiqli mübarizə apardıq. Futbolçuların inamlı çıxışı bizi çox sevindirdi. Rəqib üst səviyədə komanda olsa da, uğurlu seriyamizi davam etdirmək bizim üçün vacib idi".

Nihat

Избранный
4
1
fanat.az

2Источники