RU

Minlərlə kilometr uzunluğunda elektrikli hasar və silahlı hərbçilər: Onun sirri nədir?

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

Avstraliyanın mərkəzində uzanan nəhəng hasar artıq onilliklərdir ki, həm elm adamlarını, həm də sui-qəsd nəzəriyyəçilərini maraqlandırır. Təxminən 6000 kilometr uzunluğunda olan bu tikili dünyanın ən böyük qoruma hasarlarından biridir - amma onun arxasında nə gizlənir?

Qaynarinfo xəbər verir ki, XX əsrin əvvəlindən etibarən Avstraliyanın mərkəzi hissəsində inşa edilən bu hasar yerli sakinlərin "Dingo Fence” və ya "Dog Fence” adlandırdığı müdafiə xəttidir. Bəzi hissələrdə 6 metrə qədər hündürlükdə, elektrik cərəyanı ilə təmin olunmuş və 24 saat nəzarət altında saxlanılan bu hasar ölkəni demək olar ki, iki hissəyə bölür.

Rəsmi versiyaya görə, hökumət hasarı dingo itlərindən və vəhşi dovşanlardan qorunmaq üçün inşa edib. Bu yolla fermerlərin torpaqları və mal-qarası təbiətə zərər vermədən qorunur.

İnternetdə dolaşan saysız-hesabsız fərziyyələr isə tam başqa mənzərə cızır:

* Bəziləri orada hərbi bazalar və nüvə obyektləri yerləşdiyini iddia edir;

* Digərləri həmin bölgədə nadir bitkilər və heyvan növlərinin gizlədildiyini düşünür;

* Ən fantastik versiyalara görə, hasarın arxası "yerin sonu” və ya Antarktidaya giriş nöqtəsidir;

* Bəzi sui-qəsd tərəfdarları isə orada "dünya hökuməti"nin gizli qərargahı olduğunu iddia edir.

Bu fikirləri müdafiə edənlər "Google Maps”də Avstraliyanın cənub hissəsində boş ərazilərin görüntülərinə istinad edirlər. Hətta guya oradakı "şəhər adları"nın əslində sadəcə yollar və səhra kadrları olduğunu deyirlər.

Avstraliyada yaşayan bəzi blogerlər və tədqiqatçılar isə bütün bu iddiaları təkzib etməyə çalışıblar. Onlar öz videolarında hasarın bir neçə hissəsini çəkiblər və nə hərbçi, nə də silahlı mühafizə görmədiklərini bildiriblər. Hətta bəziləri oraya dron da buraxıb və heç bir maneə ilə rastlaşmayıb.

Buna baxmayaraq, "gizli Avstraliya hasarı” hələ də internetin ən məşhur sirrlərindən biri olaraq qalır. Hökumət "bu sadəcə ekoloji baryerdir” desə də, bir çoxları inanır ki, hər bir əfsanənin arxasında az da olsa həqiqət gizlidir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
qaynarinfo.az

1Источники