RU

“Real”da qalmaq qərarına gəlib, amma...

“Real”ın baş məşqçisi Xabi Alonso gənc hücumçu Endriki bu mövsümdə oyun vaxtının az olacağı barədə əvvəlcədən xəbərdar edib.

90deqiqe.Az “The Athletic”ə istinadən xəbər verir ki,buna baxmayaraq, 19 yaşlı futbolçu komandada qalmaq qərarına gəlib.

Məlumata əsasən, braziliyalı futbolçu 2025/2026 mövsümündə hələ meydanda görünməyib. “Real” hazırda La Liqanın lideridir — Madrid klubu 8 turdan sonra 21 xal toplayıb.

Komanda növbəti matçını oktyabrın 19-da səfərdə “Xetafe”yə qarşı keçirəcək.

Qeyd edək ki, Endrik “Real”ın heyətində ümumilikdə 37 oyuna çıxıb, 7 qol vurub.

Избранный
21
90deqiqe.az

1Источники