RU

Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Birinci yerdəki ad sizi təəccübləndirəcək

Yeni yayımlanan gəlir və yaşayış şəraiti ilə bağlı məlumatlar, Türkiyədə gəlir səviyyəsi ən aşağı olan bölgələri üzə çıxarıb. Yüksək inflyasiya dolanışığı çətinləşdirdiyi bir vaxtda, bu araşdırma diqqətçəkən nəticələr göstərib.

Ən aşağı pensiya və minimum əmək haqqı aclıq həddinin altında qalarkən, yoxsulluq bütün ölkədə yayılmağa davam edir. Mütəxəssislər bildirirlər ki, artan inflyasiya, aşağı maaşlar və yüksək yaşam xərcləri az gəlirli insanlara günü-gündən daha çox təsir edir.

Araşdırmanın nəticələrinə görə, ölkədə yoxsulluq son illərin ən yüksək səviyyəsinə çatıb və Sinop ən aşağı gəlirə sahib şəhər olub.

İqtisadi fəaliyyətlər zəifdir

Tribunainfo.az “genctg” xəbər portalına istinadən xəbər verir ki,  iqtisadi fəaliyyətlərin zəif, işsizliyin isə yüksək olduğu bu şəhərlərdə adam başına düşən gəlir ölkə ortalamasından xeyli aşağıdır.

Türkiyənin ən kasıb 5 şəhəri

Sinop

Yozgat

Şanlıurfa

Gümüşhane

Ağrı

Yoxsulluq pandemiya kimi yayılır

Mütəxəssislər qeyd edir ki, inflyasiya, aşağı gəlirlər və yüksək xərclər səbəbindən dar gəlirli ailələr daha ağır vəziyyətə düşür. Ən aşağı maaş və pensiyalar aclıq həddindən aşağı olduğuna görə, gəlir bərabərsizliyi daha da artır.

Sosial siyasətlərin zəifliyi və bölgələrarası iqtisadi fərqlər, xüsusilə Anadolu bölgəsinin daxili və şərq hissələrində yoxsulluğun davamlı hala gəlməsinə səbəb olub.

İqtisadçılar bildirirlər ki, kənd təsərrüfatı və kiçik sənayeyə əsaslanan bu şəhərlərdə istehsal və iş imkanlarının artırılması vacibdir. Gəlir bərabərsizliyini azaltmaq üçün də uzunmüddətli tədbirlər görülməlidir.

İmran Kərimli

Избранный
10
1
tribunainfo.az

2Источники