Fransa yığmasının və PSJ-nin hücumçusu Usman Dembelenin dəyəri Transfermarkt saytındakı yeniləmədən sonra 10 milyon avro artıb.
İdman.Biz bildirir ki, “Qızıl top”un builki sahibi hazırda 100 milyon avro dəyərində qiymətləndirilir.
Bu yeniləmədən sonra 28 yaşlı forvard Transfermarkt-ın dünyanın ən bahalı 20 futbolçusu siyahısına daxil olub.
Siyahıya başçılıq edən İspaniya və “Barselona”nın cinah oyunçusu Lamin Yamal (200 milyon avro) bu ilki “Qızıl top” üçün səsvermədə ikinci olub.
Ötən mövsüm Dembele bütün turnirlərdə 53 oyun keçirib, 35 qol vurub və 16 məhsuldar ötürmə edib. PSJ ilə Çempionlar Liqasını, Liqa 1-i, Fransa kubokunu və Fransa Superkubokunu qazanıb.