RU

Dünyanın ən yaşlı kişisindən uzun ömrün sirri: 113 ildir dəyişməyən bir vərdiş

Braziliyalı Joao Marinho Neto ötən həftə 113-cü doğum gününü qeyd edib.

Tribunainfo.az sozcu.com -a istiandən xəbər verir ki,Ginnes Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı yaşayan kişisi kimi tanınan Neto, uzun ömrünün tək sirrini də açıqlayıb.

1912-ci ildən bu günə: 113 illik həyat yolu

Joao Marinho Neto 1912-ci ildə Braziliyanın Seara ştatının Maranguape qəsəbəsində anadan olub. 2024-cü ilin noyabr ayında, 112 yaşlı britaniyalı John Tinniswood-un vəfatından sonra Ginnes tərəfindən rəsmi olaraq dünyanın ən yaşlı kişisi elan edilib.

Neto, bu titulu əldə etdiyi zaman 112 il 52 günlük idi. Bu ilin oktyabrında isə 113 yaşını qeyd edən braziliyalı uzunömürlülər arasında bütün dövrlərin ən yaşlı 26-cı kişisi kimi tarixə düşüb.

“Həyatımı yaxşı insanlarla yaşadım”

Neto, Ginnes nümayəndələrinin “Uzun yaşamağın sirri nədir?” sualına belə cavab verib:

“Həyatımı həmişə yaxşı insanlarla keçirmişəm. Sevdiklərim daim yanımda olub. İnanıram ki, bu, ömrü uzadır.”
Sadə bir fermer ailəsində böyüyən Neto, cəmi 4 yaşından etibarən atasına tarlada kömək edib, heyvanlara qulluq edib və meyvə yığıb. Ömrünün böyük hissəsini kənd həyatında – təbiət içində keçirən Neto, heç vaxt sadə həyat tərzindən imtina etməyib.

4 nəsil: 7 övlad, 22 nəvə, 15 nəticə və 3 kötüc nəvə

113 illik ömrü ərzində geniş bir ailə quran Neto-nun 7 övladı, 22 nəvəsi, 15 nəticəsi və artıq 3 kötüc nəvəsi var. Onun sözlərinə görə:

“Həyatımın ən böyük xoşbəxtliyi ailəmdir.”

Tarixi doğum günü və xüsusi təbrik

Neto-nun 113-cü yaşı Ginnes Dünya Rekordları tərəfindən də qeyd olunub. Təşkilat rəsmi Instagram hesabında bu münasibətlə paylaşım edərək yazıb:

“Dünyanın ən yaşlı kişisi Joao Marinho Neto-ya doğum günün mübarək! O, bu mühüm günü ailəsinin təşkil etdiyi xüsusi bir mərasimlə qeyd edir.”
Eyni zamanda, Neto daha bir tarixə düşən addım atıb: o, hazırda dünyanın ən yaşlı qadını olan 116 yaşlı britaniyalı Ethel Caterhama doğum günü təbriki göndərib. Bu hadisə, uzunömürlülük sahəsində fəaliyyət göstərən LongeviQuest təşkilatı tərəfindən belə qeyd olunub:

“Bu, müxtəlif ölkələrdə yaşayan ən yaşlı kişi və qadın arasında sənədləşdirilmiş ilk doğum günü təbrikidir.”
“Məndən yaşlı kişi yoxdur… yalnız qadınlar var!”
Yaşına baxmayaraq, zarafatcıl təbiətini qoruyub saxlayan Joao Marinho Neto, jurnalistlərin qarşısında belə deyib:

“Məndən yaşlı kişi artıq yoxdur… Yalnız qadınlar var!”

İmran Kərimli

Избранный
17
1
tribunainfo.az

2Источники