RU

Nikolas Madurodan Amerikaya gözlənilməz təklif

Venesuela iki ölkə arasındakı münaqişəni həll etmək üçün ABŞ-a neft sənayesində dominant rol təklif edib.

Editor.az bildirir ki, bu barədə “The New York Times” (NYT) danışıqlara yaxın bir neçə mənbəyə istinadən xəbər verir. ABŞ həmçinin Venesuelanın qızıl hasilatı biznesinə giriş təklif edib. Bütün bu güzəştlər Venesuela prezidenti Nikolas Maduronun razılığı ilə təklif edilib. Maliyyə üstünlüklərinə baxmayaraq, Ağ Ev Venesuelanın təklifini rədd edib və Latın Amerikası ölkəsi ilə diplomatik əlaqələri kəsib.

NYT qeyd edir ki, Amerika rəsmiləri arasında olan həmsöhbətlərinin heç də hamısı danışıqların bu təsviri ilə razılaşmayıb. Qəzetin mənbələrinin bildirdiyinə görə, danışıqlar Maduronun siyasi gələcəyi ilə bağlı fikir ayrılıqları səbəbindən dayanıb. Venesuelanın xarici işlər naziri İvan Gil Pinto açıq şəkildə bəyan edib ki, prezident onun gedişi ilə bağlı danışıqlar aparmayacaq.

Qeyd edək ki, Vaşinqton Venesuela hökumətini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə kifayət qədər mübarizə aparmamaqda ittiham edir. Sentyabrda BMT Baş Assambleyasında ABŞ prezidenti Donald Tramp demişdi ki, amerikalılar Venesuela narkotik kartelləri ilə əlaqədə şübhəli bilinən gəmilərə hücumu davam etdirəcəklər.

//Samir Qurbanov, Editor.az

Избранный
11
editor.az

1Источники